Ötən ilin noyabr-dekabr aylarında Tbilisidə keçirilmiş etiraz aksiyalarında iştirak etmiş 25 nəfər xarici ölkə vətəndaşı Gürcüstandan çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Həmin şəxslərlə bağlı Gürcüstan məhkəmələri inzibati cəza barədə qərar qəbul edib. Onların 10-u artıq Gürcüstanı tərk edib.
DİN-dən həmçinin bildirilib ki, ötən il Gürcüstandan 430 əcnəbi çıxarılıb ki, bu da illik müqayisədə 126% çoxdur.