4 Yanvar 17:00
4 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İran əvvəlki kimi nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün Qərblə konstruktiv danışıqları dərhal bərpa edəcəyinə əmindir".

Teleqraf.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Çin Mərkəzi Televiziyasına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Tehran sanksiyaların yumşaldılması müqabilində danışıqlara hazırdır.

Əraqçi bildirib ki, Tehran nüvə sazişindəki öhdəliklərini yerinə yetirib, lakin heç bir səbəb və əsas olmadan sazişdən çıxmaq qərarına gələn ABŞ-dir.

XİN rəhbəri əlavə edib ki, Tehran artıq London, Berlin, həmçinin Parislə danışıqların birinci mərhələsini yekunlaşdırıb və ikinci raundunun yaxın iki həftə ərzində keçirilməsi barədə razılıq əldə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər