Qəzza zolağından olan fələstinli radikallar İsrailin cənubundakı sərhəd rayonlarını yenidən atəşə tutub.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, hərbçilər Fələstin anklavının şimal hissəsindən ən azı bir raketin buraxılmasını qeydə alıb. Mərmi Erez keçid məntəqəsi yaxınlığına düşüb.
Raket təhdidinə görə İsraillə sərhəddə yerləşən Netiv HaAsara kəndi yaxınlığında hava hücumu xəbərdarlığı elan edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.
Qəzza zolağından İsrail ərazisinin atəşə tutulması son həftələrdə nəzərəçarpacaq dərəcədə artıb. İsrail ordusu da anklava hücumların intensivliyini artırır. Yanvarın 3-də hərbçilər Qəzzada 40 hədəfə hava zərbələri endirib.