4 Yanvar 20:19
10 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın dövlət büdcəsi haqqında qanun 2025-ci ildən xarici daşıyıcılara tətbiq edilən rüsum dərəcələrinə yenidən baxıb.

Teleqraf.com "Azon Global" saytına istinadən xəbər verir ki, bu dəyişikliklər ölkəyə daxil olan və tranzit keçən avtomobillərə şamil edilir.

2025-ci ildə Yanvarın 1- dən Türkmənistanda qeydiyyatdan keçmiş yük avtomobilləri üçün gömrük rüsumu əhəmiyyətli dərəcədə artırılıb . Bundan əlavə , üçüncü ölkələrdən yüklərin daşınması və Özbəkistan ərazisindən malların ixracı üçün rüsum 375 dollara qədər artırılıb .​

Avropa İttifaqı və Azərbaycanın daşıyıcıları üçün də yeni diferensiallaşdırılmış rüsumlar müəyyən edilib .

İranda qeydiyyatda olan yük maşınları üçün rüsumlar ləğv edilib, onlar üçün tarif “0” dollar səviyyəsində müəyyən edilib. Digər ölkələr üçün ödənişlər dəyişməz qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər