4 Yanvar 21:26
1 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Voronej şəhərinə pilotsuz uçuş aparatların (PUA) hücumlarının nəticələrinin aradan qaldırılması üzrə işləri sürətləndirmək üçün fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, şəhərin başçısı Sergey Petrinə görə, bu rejim sakinlər üçün heç bir məhdudiyyət yaratmayacaq.

“Qubernatorun göstərişi ilə PUA hücumunun nəticələrini aradan qaldırmaq üçün işimizi davam etdiririk”, - Petrin yazıb.

Dəymiş ziyanın həcmi bütün işlər başa çatdıqdan sonra mütəxəssislər tərəfindən qiymətləndiriləcək.

Fövqəladə hallar xidməti Voronej şəhərinin Levoberejnı rayonunda yerləşən yaşayış binasının 100-ə yaxın sakinini təxliyyə edib, orada vurulmuş dronların hissələrini aşkar ediblər. Sakinlərin əksəriyyəti qohumlarının yanına gedib.

Yanvarın 4-də Qusev bildirib ki, Voronej və şəhərətrafı ərazilərdə azı beş pilotsuz təyyarə məhv edilib .


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər