ABŞ-ın 39-cu prezidenti Cimmi Karterlə altı günlük vida mərasimi başlayıb.
Teleqraf.com xəbər verir ki, Cimmi Karterlə vida mərasimi doğulduğu Cənubi Corciya ştatında başlayıb. Karterin bayraqlı tabutu doğulduğu Plainsdən keçərək yaşadığı evinin qarşısına gətirilib.
Altı gün davam edəcək dəfn mərasimində Karterin tabutunu nəvə və nəticələri müşayiət edəcəklər.
Taput ABŞ Kapitolisində təntənəli dəfn üçün Vaşinqtona aparılacaq. Onun dəfn mərasimi cümə axşamı yerli vaxtla səhər saat 10-da Vaşinqton Milli Katedralində keçiriləcək.
Cimmi Karter ötən bazar günü 100 yaşında vəfat edib.