Moskvanın Ostankino Rayon Məhkəməsi dekabrın 30-da “Lobnya” və “Dmitrov” stansiyalarında elektrik qatarlarını yandırmaqda şübhəli bilinən Kulakov və Jarov adlı 22-23 yaşlı iki işsiz şəxsin barəsində həbs qərarı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə "RBC" mənbələrə istinadən məlumat yayıb.
İstintaqla tanış olan mənbələrdən birinin verdiyi məlumata görə, həmin şəxslər cinayəti pul qazanmaq istəyərkən törətdiklərini etiraf ediblər. Telegram vasitəsilə əlaqə saxladıqları naməlum şəxs onlara elektrik qatarını yandırmaq qarşılığında 100 min rubl təklif edib.
Təqsirləndirilən şəxslər yanacaqdoldurma məntəqəsindən benzin alaraq Dmitrovdakı stansiyaya gediblər və oradakı qatarı yandırıblar.
Onlar təhlükəsizlik kameraları vasitəsilə izlənilib. Hücum edənlərə vəd olunan pulu heç kim ödəməyib.
Yanğın törədənlər terror aktına cəhd və terror aktı törətməkdə ittiham olunublar.