Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri fevralın 5-dən əcnəbiləri ölkədən çıxarmaq hüququna malik olacaqlar.
Teleqraf.com TASS.ru-ya istinadən xəbər verir ki, ərazi orqanlarının rəhbərləri və rəis müavinləri, miqrasiya məsələləri üzrə struktur bölmələrinin rəhbərləri və onların müavinləri xaricetmə haqqında qərar qəbul edə biləcəklər.
Fevralın 5-dək qüvvədə olan normalara əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasının hüdudlarından kənara inzibati qaydada çıxarılmasını məhkəmə, Rusiyaya daxil olarkən inzibati xəta törətdikdə isə sərhəd xidmətinin vəzifəli şəxsləri inzibati tənbeh kimi tətbiq edə bilirdi.
İndi Daxili İşlər Nazirliyinin əməkdaşları da inzibati qaydada miqrantları xaric edə biləcəklər.