5 Yanvar 09:37
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kazan hava limanında mülki uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako teleqram kanalında məlumat verib.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün səhər saatlarında hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”.

Korenyako əlavə edib ki, təyyarə ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görür.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər