5 Yanvar 18:25
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Olaf Şolts Bundestaqın deputatı Roderic Kiesevetterin onun Rusiya prezidenti Vladimir Putinlə görüşmək planları ilə bağlı açıqlamalarını təkzib edib .

Teleqraf.com "TASS"a istinadən xəbər verir ki, Şolts məsələyə münasibət bildirərkən "bu, yalan bəyanatdır. Bu, son dərəcə ədəbsizlikdir”, ifadəsini işlədib.

Kansler əlavə edib ki, Kiesevetterin sözlərinə qəzəblənməyə haqqı çatır: "Çünki belə bir görüş, ümumiyyətlə, nəzərdən keçirilməyib.

Almaniya kansleri qeyd edib ki, Putinlə telefon danışığı o zaman baş tutacaq ki, ondan “ən azı müəyyən fayda” olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər