Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şara ABŞ-dan üç məsələdə dəstək istəyib.
Teleqraf.com xəbər verir ki, bunlar İsrailin qoşunlarının ölkə ərazisindən çıxarılması, sanksiyaların aradan qaldırılması və humanitar yardımın göndərilməsidir.
Qeyd edək ki, Suriya rəsmiləri bu gün Qətərə səfər edərək Dəməşqə humanitar yardımın çatdırılmasını müzakirə ediblər.