6 Yanvar 10:04
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada müharibə məsələsi ABŞ Prezidenti Donald Tramp üçün ən aktual beynəlxalq məsələlərdən biridir. Bu mənada, o, Rusiya lideri Vladimir Putini dayandıra biləcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Mənə telefonda söylədi ki, görüşümüzü gözləyir, mənim səfərim birinci və ya birincilərdən biri olacaq. Bilirəm ki, onun Amerika məsələsi var, amma beynəlxalq miqyasda mənə elə gəlir ki, bizim məsələmiz Prezident Tramp üçün ən aktual məsələlərdən biridir”, - dövlət başçısı qeyd edib.

Zelenskinin sözlərinə görə, Trampın baxışı Ukrayna üçün vacibdir, o, Putini dayandıra bilər, çünki Putin ondan qorxur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər