6 Yanvar 11:21
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsxanada PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşən DEM Partiyasının deputatları Pərvin Buldan, Sırrı Sürəyya Öndər və Əhməd Türk bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Efkan Ala, AKP-nin parlament fraksiyasının sədri Abdullah Gülər ​​və partiyanın sözçüsü Ömər Çelik ilə bir araya gələcək.

Teleqraf.com xəbər verir ki, DEM heyəti bu həftə Gələcək, Səadət, Deva və Yenidən Rifah partiyalarının sədrləri ilə də görüşəcək.

DEM deputatları ötən həftə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ilə görüşüb.

Heyətdə yer alan Əhməd Türk Öcalanla görüşdən PKK-nın tərksilah ediləcəyi ilə bağlı çağırış ola biləcəyini açıqlayıb.

Xatırladaq ki, Baxçalı oktyabrda Öcalanı PKK-nın buraxıldığı və tərksilah edildiyini açıqlamağa, terrorçu fəaliyyətdən siyasətə keçməyə çağırmışdı. MHP liderinin fikrincə, Öcalan bunları edərsə, həbsdən azad edilməsi məsələsinə baxıla bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baxçalının bu təklifini dəstəkləyib.

PKK lideri çağırışa müsbət cavab verib:

“Cənab Baxçalı və cənab Ərdoğan tərəfindən gücləndirilmiş yeni paradiqmaya lazımi müsbət töhfə vermək səlahiyyəti və qətiyyətinə sahibəm. (DEM) Nümayəndə heyəti bu yanaşmanı həm dövlət, həm də siyasi dairələrlə bölüşəcək. Bunların işığında mən lazımi müsbət addımı atmağa və çağırış etməyə hazıram”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər