6 Yanvar 13:44
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri son əks-hücum zamanı Rusiyanın Kursk vilayətinin üç rayonuna daxil olaraq taktiki uğur əldə biliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Qeyd edilir ki, Ukrayna qoşunları Berdindən cənub və cənub-qərbə doğru irəliləyərək zirehli texnikadan istifadə etməklə mexanikləşdirilmiş hücumlar həyata keçirib, həmçinin rayonun cənub hissəsinə daxil olublar.

Leonidovo rayonunda da hücum intensivləşib. Suca şəhərinin şərqində, Puşkarnı yaxınlığında hücum əməliyyatı həyata keçirilib.

Rusiya mənbələri də Sucada fəallaşma barədə məlumat yayıblar. Rusiya hərbçiləri Maxnivka və Kurlivkanın cənub-şərqinə gedən yol boyunca irəlilədiklərini bildirsələr də, ISW ​​bu iddianı təkzib edib.

Rusiyanın mexanikləşdirilmiş kolonunun Mala Lokna istiqamətində uğursuz cəhd etdiyi də bildirilir. Bundan əlavə, materialda Ukrayna ordusunun Kurskda Rusiya kolonunun əksəriyyətini məhv etməsindən şikayət edən rus komandirlərin məlumatlarına istinad edilir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri dünən gözlənilmədən Kurskda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər