Fransız fermerlər paytaxt Paris yaxınlığındakı magistral yolu bağlayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə “BFMTV” kanalı məlumat yayıb.
Qeyd olunub ki, “Kənd Koordinasiyası” aqrar həmkarlar ittifaqı fermerleri yolu bağlamağa çağırıb.
Birlik ölkənin Baş naziri Fransua Bayrou və kənd təsərrüfatı naziri Enni Genevardla görüş tələb edir.
Bu səbəbdən, etirazçılar Le Perret-en-Yvelines ərazisindəki N10 magistral yolunda nəqliyyatın hərəkətini dayandırıblar.
Xatırladaq ki, analoji hal bundan əvvəl Polşanın paytaxtı Varşavada da qeydə alınıb.
Bir neçə min polşalı fermer Avropa Komissiyasının Varşavadakı ofisi qarşısında etiraz aksiyası keçirib.
Kənd təsərrüfatı sektorunun nümayəndələri Polşanın 2025-ci ilin ortalarına qədər davam edəcək Avropa İttifaqına sədrliyinə qarşı çıxıblar.