Türkiyə Ukraynadakı münaqişənin həlli üçün tərəflərin razılaşdırdığı istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Ankara bəyan edib ki, format və parametrlər qarşılıqlı şəkildə razılaşdırılarsa, Türkiyə müzakirələrə evsahibliyi etməyə hazırdır. Türkiyə rəhbərliyi hələlik tərəflərə konkret həll planı təqdim etməyib.