Pentaqon birbaşa və ya dolayısı ilə ABŞ-də fəaliyyət göstərən və Çinin hərbi sənayesi ilə əlaqəli olan hüquqi şəxslərin yenilənmiş siyahısını yayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Federal Reyestrdə yerləşdirilən bəyanatda deyilir.
ABŞ Hərbi Departamenti Çin texnologiya nəhənglərinin siyahısına oyunlar və sosial şəbəkələr sahəsində liderlərdən biri kimi tanınan "Tencent Holdings" ("WeChat" sosial şəbəkəsinin tərtibatçısı), batareya istehsalçısı "CATL", dron istehsalçısı "Autel Robotics", çip istehsalçıları "Changxin Memory Technologies Inc" və "Quectel Wireless" əlavə edib.
Pentaqonun Amerika qanunlarına uyğun olaraq tərtib etdiyi ÇXR Silahlı Qüvvələri ilə əməkdaşlıq etdiyi iddia edilən şirkətlərin hər il yenilənən siyahısına 134 şirkət daxildir.