Tbilisidə Gürcüstan parlamentinin binası önündə 40 gündür ki, aksiyalar davam edir.
Teleqraf.com xəbər verir ki, mərkəzi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.
Bugünkü aksiyaya Milad bayramına həsr olunan yürüşlərin iştirakçıları da qatılacaq.
Yürüşlər Tbilisidəki kilsələrdən başlayaraq Rustaveli prospektinə qədər davam edəcək.
Etirazçılar Milad bayramını saat 00:00-da Rustaveli prospektində yerləşən Kaşueti kilsəsində birgə qeyd edəcəklər.
Aksiyaların tələbləri isə dəyişməz olaraq qalır. İştirakçılar yeni seçkilərin keçirilməsini və etirazlar zamanı saxlanılanların azad edilməsini tələb edirlər.
Qeyd edək ki, yanvarın 7-də Gürcüstanda Milad bayramı qeyd olunur. Sabah ölkədə qeyri-iş günüdür.