7 Yanvar 01:26
5 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Türkiyənin "TRT World" telekanalının efirindən qovulub.

Teleqraf.com xəbər verir ki, bu barədə deputat öz "Telegram" kanalında məlumat verib.

O, efirə "Putin bir nömrəli terrorçudur" köynəyi ilə çıxıb. Deputatdan bu köynəyi dəyişmək xahiş olunsa da, o imtina edib. Nəticədə Qonçarenko efirdən uzaqlaşdırılıb.

"Cavabım sadə idi: ya efirə olduğum kimi çıxıram, ya da heç efirə çıxmıram. Əgər bu sizə uyğun gəlmirsə, bunu etməyin. Nəticə? Efir ləğv edildi”, - deyə ukraynalı deputat hadisəni şərh edib.


Müəllif: Arzu

Oxşar xəbərlər