Fransanın xarici işlər naziri Jan-Noel Barro BRİKS sammitinin Kazanda uğurla keçirilməsindən narahatlığını bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Fransa səfirlərinin konfransı zamanı danışıb.
“BRİKS iştirakçıları gələcəyin necə olacağına dair ümumi təsəvvürə malik deyillər. Biz ittifaqın sammitinin Kazanda keçirilməsini gözardı edə bilmərik”, - nazir qeyd edib.
Nazirin sözlərinə görə, “güclü olanı daha ədalətli, ədalətli olanı daha güclü etmək” üçün vaxt itirməyə ehtiyac yoxdur.
Barro bildirib ki, Fransa 2026-cı ilə qədər G7-yə sədrlik edəcək və qlobal idarəçiliyin, eləcə də dünyanın gələcəyinin formalaşdırılması işini başa çatdıracağına ümid edir.