ABŞ-nin köməyi olmasa, Ukrayna Rusiya ilə müharibədə yaxın 12-18 ay ərzində məğlub ola bilər.
Teleqraf.com xəbər verir ki, bunu amerikalı politoloq, dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müavini Viktoriya Nulandın həyat yoldaşı Robert Kaqan deyib.
Onun sözlərinə görə, Ukrayna süqut etsə, bunu ABŞ və onun prezidentinin uğursuzluğundan başqa bir şey kimi göstərmək çətin olacaq.
"ABŞ-nin yeni seçilmiş vitse-prezidenti Ceyms Devid Vens bir dəfə demişdi ki, Ukrayna ilə nə baş verəcəyi onu maraqlandırmır. Amerika xalqının onun laqeydliyinə münasibətini tezliklə öyrənəcəyik, çünki yaxın gələcəkdə Birləşmiş Ştatlar tərəfindən Kiyevə yeni böyük yardım axını olmasa, Ukrayna böyük ehtimalla qarşıdakı 12-18 ay ərzində müharibəni uduzacaq”, - deyə politoloq vurğulayıb.
Kaqan bildirib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dünya səhnəsində alçaldıcı strateji məğlubiyyəti tanımaq və Kiyevə Amerika dəstəyini dərhal ikiqat artırmaq arasında seçim etməlidir.