8 Yanvar 23:24
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəsmi Budapeştin məqsədi Aİ və ABŞ deyil, Rusiyanı gücləndirməkdir. Əgər belədirsə, Ukrayna Macarıstanın Avropa İttifaqı və NATO- dakı yerini tutmağa hazırdır".

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində yazıb.

"Macarıstan MDB və ya KTMT- yə üzv olmaq qərarına gələrsə, Ukrayna Aİ və NATO-da onun yerini tutmağa hazır olacaq ", - xarici işlər naziri yazıb.

Onun sözlərinə görə, Macarıstan ABŞ və digər müttəfiqlərin Avropanın enerji bazarına çıxışına mane olan rusiyayönlü mövqe tutur.

Sibiqa Macarıstan rəhbərliyinin Ukraynanın 2025-ci ildən Rusiya qazının tranzitini uzatmamaq qərarının Aİ istehlakçıları üçün qiymətlərə mənfi təsir göstərdiyi barədə bəyanatlarını manipulyasiya adlandırıb.


Müəllif: Arzu

Oxşar xəbərlər