ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Dəməşqə səfər edib və Suriyanın yeni rəhbərliyi ilə bu ölkəyə qarşı sanksiyaların yumşaldılması məsələsini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Nümayəndə heyətinə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının nümayəndələri daxil olub. Amerika rəsmiləri Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şara ilə görüşüb.

Nümayəndə heyəti sanksiyaların aradan qaldırılması məsələsinə əlavə olaraq Suriya rəsmiləri ilə təhlükəsizlik vəziyyətini və yeni hakimiyyət orqanlarının terrorla mübarizə üçün göstərdiyi səyləri müzakirə edib.