09:13
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə çox pis məğlub oldu.

Teleqraf.com “Nyu-York Tayms”a istinadla xəbər verir ki, bunu İranın Suriyadakı qüvvələrinin generalı Bəhruz Esbati deyib.

“Mən Suriyanı itirməyi qürur duyacaq bir şey hesab etmirəm. Məğlub olduq, çox pis məğlub olduq, çox böyük zərbə aldıq və çox çətindir”, - general belə deyib.

Esbati Əsədin devrilməsinə və Dəməşqdəki siyasi proseslərdən asılı olmayaraq, İranın Suriyaya döyüşçülər cəlb etməyin yollarını axtaracağını qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər