9 Yanvar 21:12
283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Olaf Şolts ABŞ-nin yeni prezidenti Donald Trampın NATO üzvü olan ölkələrin müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmaq tələbinə qarşı çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Focus” onlayn portalı məlumat yayıb.

Şolts bildirib ki, Almaniyada ÜDM-nin 5%-i ildə 200 milyard avro xərcləmək deməkdir. Hazırda ölkənin büdcəsi isə təxminən 490 milyard avro təşkil edir.

“Bu, reallıqda o deməkdir ki, biz təxminən 150 milyard qənaət etməli, ya 150 milyard borc götürməli ya da hər ikisini etməli olacağıq. Ona görə də hesab edirəm ki, diqqəti NATO-nun çoxdan razılaşdığı yola cəmləmək daha yaxşıdır”, - Almaniya kansleri bildirib..


Müəllif: Arzu

Oxşar xəbərlər