15 May 2014 23:23
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi bu gündən Ukrayna mallarının bazarlarına daxil olması üçün birtərəfli qaydada qərar verib.

Teleqraf.com bildirir ki, qaydalar cari ilin noyabr ayının 1-ə qədər qüvvədə qalacaq.


Qeyd edək ki, hələ ötən ayın 2-də Ukrayna Baş naziri Arseni Yaçenyuk bu barədə ətraflı məlumat vermişdi.


Avropa Komissarlığı ilin sonuna qədər Ukryna ilə azad ticarət dövriyyəsi ilə bağlı sənədi imzalamağa ümid etdiyini bildirib. Sözügedən sənəd tərəflər arasında imzalanan assosiyasiya müqaviləsinin tərkib hissədir.


Qurumda hesab edirlər ki, qarşılıqlı anlaşma nəticəsində Ukrayna ildə 500 milyon avro qənaət edəcək.


Xatırladaq ki, Ukraynanın Avropa Birliyinə üzvlüyünü nəzərdə tutan assosiyasiya sənədinin siyasi hissəsi hələ martın 21-də imzalanmışdı. İqtisadi əməkdaşlığa gəlincə, tərəflər zənn edir ki, bu yöndə lazımı protokollar 2014-cü ilin yayından növbəti ilin əvvəlinə qədər müddətdə yekunlaşacaq.


Müəllif: