Suriyanın paytaxtı Dəməşqdə Əməvi məscidində cümə namazı zamanı izdiham yaşanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
İzdihamda biri uşaq olmaqla azı üç nəfərin öldüyü, çoxlu sayda yaralının olduğu bildirilib.
İzdihamın hamının eyni vaxtda giriş qapısı önündə toplaşması ilə bağlı olduğu qeyd edilib.