16:25
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litva Prezidenti Gitanas Nausedanın Kalininqrad vilayətinin mülkiyyəti ilə bağlı açıqlamaları Vilnüsün Rusiyaya ərazi iddialarının olduğunu göstərir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Litva ölkəmiz üçün qeyri-dost, bizə düşmən olan dövlətdir, başqa şeylərlə yanaşı, göründüyü kimi, ərazi iddiaları da var. Bu, bizim dərin narahatlığımızı və dövlətimizin təhlükəsizliyinin təmin edilməsi üçün indiki və gələcək bütün tədbirləri əsaslandırır”, - Kremlin sözçüsü deyib.

Xatırladaq ki, bundan əvvəl Nauseda Kalininqradı “Litvanın tarixi şəhəri” adlandırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər