"Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ-ın yeni prezidenti Donald Tramp yanvarın 20-də Respublikaçıların andiçmə mərasimindən sonra görüşə bilərlər".
Teleqraf.com "Strana.ua"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tixi bildirib.
Onun sözlərinə görə, Kiyev Vaşinqtonla yüksək səviyyəli təmaslara fəal şəkildə hazırlaşır .
“Mövqeyimiz sadədir: biz Ukrayna uğrunda müharibəni ədalətli şəkildə bitirməyə çalışırıq. Prezident Trampın münaqişəni sona çatdırmaqda qərarlı olduğunu da görürük. Ona görə də prezidentlər Tramp və Zelenski arasında görüş təşkil etmək bizim üçün vacibdir”, - o qeyd edib.