16:05
1 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsgərlərimiz Şimali Koreya hərbçilərini Kurskda (Rusiya vilayəti) əsir götürüblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Feysbuk səhifəsində yazıb.

Dövlət başçısı yaralı halda əsir götürülən hərbçilərin hazırda Kiyevdə olduqlarını bildirib.

“Bu iş asan deyildi: adətən ruslar və Şimali Koreyanın digər hərbi qulluqçuları yaralıları məhv edirlər, başqa dövlətin – Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirakına dair heç bir sübutun saxlanmaması üçün mümkün olan hər şeyi edirlər”, - Zelenski vurğulayıb.

Prezident koreyalı hərbçilərin Ukrayna xüsusi təyinatlıları tərəfindən əsir götürüldüyünü də açıqlayıb:

“Bütün məhbuslar kimi bu iki Şimali Koreya əsgərinə də lazımi tibbi yardım göstərilir. Ukrayna Təhlükəsizlik Xidmətinə jurnalistlərin bu məhbuslarla görüşməsinə şərait yaratmağı tapşırmışam. Dünya nə baş verdiyini bilməlidir”.

Zelenski əsir götürülən hərbçilərin fotolarını da yayımlayıb:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər