Suriya kəşfiyyatı İŞİD terror təşkilatının paytaxt Dəməşq ətrafında şiə məbədini partlatmaq cəhdinin qarşısını alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Suriya kəşfiyyat və təhlükəsizlik qüvvələri İŞİD-in Seyyidə Zeynəb ziyarətgahında partlayış törətmək cəhdinin qarşısını almağa müvəffəq olublar.