ABŞ-nin bir sıra iri şirkətləri Ukraynadakı müharibəyə görə sanksiyaya məruz qalan Rusiyada fəaliyyətini davam etdirirlər, təkcə 2023-cü ildə onlar ölkənin büdcəsinə 1.2 milyard dollar vergi ödəyiblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Nəşr qeyd edir ki, sanksiya məhdudiyyətlərinə məruz qalmayan bir çox Qərb şirkətləri Rusiyada fəalliyətlərini davam etdirir və ölkənin büdcəsinə milyadlarla dolar gəlir qazandırırlar.
Mənbə həmçinin Rusiyada ən çox vergi ödəyən Amerika şirkətlərinin siyahısını adını açıqlayıb:
Tütün şirkəti “Philip Morris International” (220 milyon dollar)
İçki istehsalçısı “PepsiCo” (135 milyon dollar)
Şokolad istehsalçısı “Mars” (99 milyon dollar)
Tibbi və gigiyena məhsulları istehsalçısı “Procter & Gamble” (67 milyon dollar)