00:55
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minlərlə israilli Qəzza zolağında saxlanılan girovların dərhal azad edilməsinə dair razılığın əldə olunmasını tələb edərək etiraz aksiyası keçirib.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, ən böyük mitinq Tel-Əvivin şərqində hökumət binası kompleksinin yaxınlığında keçirilib.

Nümayişçilər Qəzza zolağında dərhal atəşkəsə çağırıb, hökuməti və onun rəhbəri Benyamin Netanyahunu tənqid edən şüarlar səsləndirib, onun istefası və yeni seçkilərin keçirilməsi tələb edirlər.

Fəallarının sözlərinə görə, Netanyahunun rəhbərlik etdiyi hökumət Qəzzada hərbi əməliyyatı dayandırmaq istəmir və danışıqları ləngidir.


Müəllif: Arzu

Oxşar xəbərlər