Ukrayna Silahlı Qüvvələrinin (AFU) Kursk vilayətində ümumi itkiləri 51 min əsgəri ötüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ümumilikdə, Kursk istiqamətində keçirilən hərbi əməliyyatlar zamanı düşmən 51200-dək hərbçi, 297 tank, 228 piyada döyüş maşını, 166 zirehli transportyoru, 1533 zirehli döyüş maşını, 1449 avtomobili, 354 reaktiv yaylım atəşi qurğusu, sistem buraxılış qurğuları, o cümlədən ABŞ istehsalı olan 13 HIMARS və 6 MLRS, 16 zenit-raket komplekslərinin buraxılış qurğusu, 8 nəqliyyat və yükləmə maşını itirib”, - idarədən bildirilib.