12 Yanvar 19:46
272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada münaqişənin dayandırılmasına dair razılaşma Kiyevə ərazi bütövlüyü məsələlərində qərar qəbul etmək hüququ verməlidir. Həmçinin hərbi əməliyyatların təkrarlanmaması üçün təhlükəsizlik təminatları bura daxil edilməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN telekanalına müsahibəsində bildirib .

“Yaxşı sövdələşmə Ukraynanın öz ərazisi, xalqı və azadlığı ilə bağlı özünün qərar verməsidir, ABŞ-ın yox”,- Sallivan deyib.

ABŞ rəsmisi əlavə edib ki, Qərb Ukraynada təhlükəsizlik tədbirlərini gücləndirməlidir ki, Rusiya istənilən vaxtı bu ölkəyə qarşı hücum etmək imkanında olmasın.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər