Sabah Ankaraya səfər edəcək Suriyanın yeni xarici işlər naziri Əsəd Həsən Şibani "X" sosial media hesabında türk dilində paylaşım edib.
Teleqraf.com xəbər verir ki, o, paylaşımında Türkiyənin ölkəsinə dəstəyinə də diqqət çəkib.
“Yeni Suriyanı təmsil etmək üçün sabah 14 ildir Suriya xalqının yanında olan Türkiyə Cümhuriyyətinə ilk rəsmi səfərimizi edəcəyik”, - Şibani bildirib.
Xarici işlər naziri ilə yanaşı, bu ölkənin müdafiə naziri general-mayor Murhəf əbu Kəsra və kəşfiyyat xidmətinin rəhbəri Enes Xəttab sabah Türkiyəyə gələcək.