ABŞ ordusu yeni prezident Donald Trampın dövründə Arktika və Alyaskaya üstünlük verəcək.
Teleqraf.com xəbər verir ki, bunu Trampın ABŞ müdafiə naziri vəzifəsinə namizədi Pit Heqset dinləmələr zamanı deyib.
Onun sözlərinə görə, Alyaska bir çox cəhətdən strateji əhəmiyyət daşıyır.
O, dinləmələr zamanı bir neçə dəfə Çini Hind-Sakit okean regionunda təhlükə adlandırıb.