Ötən ilin oktyabrın 26-da Gürcüstanda baş tutmuş parlament seçkilərində mümkün saxtakarlıqlarla bağlı istintaq çərçivəsində 400-ə yaxın şəxs dindirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunda keçirilmiş brifinqdə məlumat verilib.
Bildirilib ki, şahidlərin əksəriyyəti istintaqa heç bir sübut təqdim edə bilməyib və onların arqumentləri yalnız üçüncü şəxslərin verdiyi təsdiqlənməmiş məlumatlara əsaslanıb.
İstintaq çərçivəsində artıq 800-ə yaxın istintaq və prosessual hərəkətləri həyata keçirilib, xarici ekspertlərin iştirakı ilə bir sıra istintaq eksperimentləri aparılıb və müvafiq ekspertizalar təyin edilib.
Eksperimentlərlə eyni zamanda bir seçicinin eyni seçki məntəqəsində təkrar və yaxud dəfələrlə səs verməsi ehtimalı aradan qaldırılıb.
Baş Prokurorluq araşdırmaları davam etdirir, nəticələr barədə ictimaiyyət vaxtaşırı məlumatlandırılacaq.