Rusiya qoşunları cəbhədə onlarla istiqamətdə irəliləyir.
Teleqraf.com xəbər verir ki, bunu TASS-a Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib.
“Əlbəttə, bu gün yeni səfərbərlik dalğasına ehtiyac yoxdur, biz xüsusi hərbi əməliyyatı davam etdiririk, uğurla həyata keçirilir, hər gün onlarla istiqamətdə irəliləyirik”, - komitə rəhbəri bildirib.
Kartapolovun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri könüllülük əsasında şəxsi heyətlə tam təmin olunur:
“Hər gün 1000-ə yaxın insan könüllü olaraq hərbi komissarlıqlara gələrək müqavilə bağlayır”.