ABŞ-ın Texas ştatında, Hyuston şəhərində narkoman siçovullar polis anbarını "işğal ediblər".
Teleqraf.com xəbər verir ki,anbarda 1,2 milyon əşyayi-dəlil saxlanılır, onların əksəriyyəti illər öncə baş verən cinayətlərlə bağlıdır.
Hyuston polisinin rəhbəri Noe Dias bildirib: "Bəzən olur ki, adam 1990-cı illərdə tutulur, üstündə kiloqramlarla marixuana aşkarlanır, adam həbs müddətini bitirib çıxır, bizsə o dəlilləri hələ də saxlayırıq".
Hyuston meri Con Uitmayr isə bildirib: "Anbarımızda 180 ton marixuana var, ondan yalnız siçovullar həzz alır".
Polisdə narahatlıq yaradan məqam odur ki, gəmiricilər köhnə narkotikləri yeyib bitirəndən sonra yeni əşyayi-dəlillərə üz tutacaqlar, bu isə iş araşdırılması zamanı yararlı ola bilər.