12:50
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı, general Maykl Erik Kurilla Suriyada PKK/YPG/SDQ terror təşkilatının liderləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə CENTCOM-un açıqlamasında bildirilib.

Açıqlamada terror təşkilatı “Suriya Demokratik Qüvvələri” (SDQ) kimi qələmə verilib.

Kurillanın Suriyaya səfər etdiyi və bölgədə yerləşən ABŞ hərbçiləri və SDQ nümayəndələri ilə görüşdüyü qeyd edilib. Görüşdə İŞİD terror təşkilatının bölgədə canlanmasının qarşısının alınması istiqamətində görülən işlər dəyərləndirib və Suriyadakı son proseslər müzakirə olunub.

Həmçinin generalın Suriyanın şimal-şərqində İŞİD-lə əlaqəsi olduğu iddia edilən 40 mindən çox insanın saxlanıldığı düşərgələrə, PKK/YPG-nin nəzarətində olan 50 ölkədən 9 mindən çox insanın saxlanıldığı təcridxanalara baş çəkdiyi vurğulanıb.

Açıqlamada bu ifadələrə yer verilib:

General Kurilla vurğulayıb ki, CENTCOM Əl-Xol və Əl-Roj düşərgələrində saxlanılanların repatriasiyasına dəstək verməyə davam edir. Kurilla həmçinin CENTCOM-un yekun həll üçün İŞİD yaraqlılarının vətənlərinə qaytarılması üçün beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcəyini bildirib”.

Xatırladaq ki, ABŞ-nin YPG/SDQ terror təşkilatına hərbi yardım və dəstəyinə dəfələrlə Türkiyədən etiraz olunub. Rəsmi Ankara Vaşinqtondan müttəfiqlik prinsiplərinə uyğun gəlməyən bu əlaqələrin dayandırılmasını tələb edir. Həmçinin Suriyada hakimiyyət dəyişikliyindən sonra Dəməşq və Ankara arasında sözügedən və digər terror təşkilatlarının ləğvi ilə bağlı razılaşma əldə olunub. Ölkənin yeni lideri Əhməd Şəra bu çərçivədə əməli addımların atılması üçün təlimat verib. Türkiyə təşkilatın özünü buraxmayacağı təqdirdə məsələnin hərbi yolla həll olunacağını bəyan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər