00:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyada ehtiyatda olan hərbi qulluqçular üçün yaş həddinin 65-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsi hazırlanır.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə Nazirliyi ehtiyatda olmaq üçün yaş həddinin artırılması ilə bağlı hökumətə təklif hazırlamağa başlayıb. Məqsəd təklifi 2025-ci ilin yazında parlamentə təqdim etməkdir”, - məlumatda bildirilir.

Hazırda ehtiyatda olan zabitlər üçün yaş həddi 60, sıravi əsgərlər üçün isə 50 yaşdır. Nazirliyin bəyanatında qanun layihəsinin hansı kateqoriyadan olan hərbi qulluqçulara aid olacağı dəqiqləşdirilməyib.

Respublikanın müdafiə naziri qeyd edib ki, ehtiyatda olan hərbçilər özləri yaş həddinin artırılmasını tələb ediblər.

Bundan əlavə, Müdafiə Nazirliyi hərbsizləşdirilmiş Aland adalarından həm qadınlar, həm də kişilər arasında hərbi xidmət üçün könüllülərin sayının artırılması təşəbbüslərini nəzərdən keçirir.


Müəllif: Arzu

Oxşar xəbərlər