Bavariyanın Landtaqında “Almaniya üçün Alternativ” (AfD) fraksiyasının rəhbəri Katrin Ebner-Ştayner bütün ukraynalı qaçqınların Almaniyadan dərhal çıxarılmasının tərəfdarı olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti yazır.
Məlumata görə, Ebner-Ştayner bütün ukraynalı qaçqınların dərhal ölkəni tərk etməli olacaqlarını bildirib. Fraksiya rəhbəri qeyd edib ki, Ukrayna böyük ölkədir və miqrantların geri qayıda biləməsi üçün kifayət qədər yeri var.
Hazırda Almaniyada 1,2 milyona yaxın, Bavariyada isə 200 minə qədər ukraynalı qaçqının olduğu bildirilir.