Ukraynaya görə Bayden Qərblə Rusiya arasında müharibəyə başladı və bu müharibə demək olar ki, nüvə münaqişəsinə çevrildi.
Teleqraf.com "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O bildirib ki, Baydenin qərarlarının "əlfəcinləri" uzun müddət özünü göstərəcək və Rusiya ilə ABŞ arasında münasibətlərin tam normallaşması onilliklər çəkəcək.