İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra yardım maşınları Misir tərəfdəki Rəfah sərhəd keçid məntəqəsindən Qəzzaya daxil olmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İhbariyyə” kanalı məlumat yayıb.
Fələstin mənbələri bir müddət əvvəl Kərəm Əbu Səlim Sərhəd Qapısına 95 yük maşınının gəldiyini, Qəzzaya girmək üçün atəşkəsin qüvvəyə minməsini gözlədiyini bildirmişdilər.