20:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

"TikTok" bu il Rusiyada blokdan çıxarıla bilər.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina öz "Telegram" kanalında yazıb.

"Düşünürəm ki, "TikTok"un bu il ölkəmizə tam qayıtması şansları yüksəkdir" - Mizulina deyib.

"Bütün tendensiyalar, memlar, kampaniyalar və təəssüf ki, əvvəlcə o platformada görünür" - Mizulina bildirib.

Onun sözlərinə görə, "TikTok" rusdillilərlə işləmək üçün mühüm platformadır.


Müəllif: Arzu

Oxşar xəbərlər