Türkiyə və Suriyanın PKK/YPG terror təşkilatına güzəşt etməyəcəyi ilə bağlı son açıqlamalardan sonra Hasəkə vilayətində aktivlik yaşanır. Təşkilatın 2016-cı ildən bəri işğal etdiyi şəhərdəki ABŞ bazasının boşaldıldığı məlum olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Akşam” qəzeti məlumat yayıb.
Türkiyə nəşri yazır ki, İraqdan gələn boş yük maşınları ABŞ bazasından götürülən zirehli texnika, silah-sursatlarla geri qayıdıb. PKK/YPG terrorçularının ABŞ-nin himayəsi olmadan bölgədə qalmaları mümkün görünmür.
“Amerika qüvvələrinin Deyr əz-Zordakı Koniko qaz sahəsindən də hərbi maşın və silahlarını çıxardığı məlum olub. Bölgədən çəkilən görüntülərdə PKK/YPG-nin işğal etdiyi qaz yatağından ABŞ hərbi texnikasının yük maşınlarına yüklənərək daşınması əks olunub”, - məlumatda deyilir.