Bundestaq “Almaniya üçün Alternativ” partiyasının mümkün qadağasını müzakirə edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Zeit” nəşri yazır.
Bundestaq bu təşəbbüsü dəstəkləsə, partiyanın qadağan edilməsi ilə bağlı yekun qərarı Federal Məhkəmə verəcək.
Qeyd edilir ki, AfD dəfələrlə neonasizmə, antisemitizmə və irqçiliyə yardım etməkdə ittiham olunub və partiyanın gənclər təşkilatı Almaniyada ekstremist elan edilib.