ABŞ-nin yeni prezidenti Donald Trampın inauqurasiya menyusu açıqlanıb. Menyuya xərçəng, mal ətindən biftek və alma deserti daxildir.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, nahar turşu, tərəvəz, bitki yağı ilə "Chesapeake Crab Cake" və pomidor souslu kotletin təqdim edilməsi ilə başlayacaq.
Əsas yemək trüffel sousu ilə Angus mal ətindən ribey steyk, brokoli rabe və kartof qratini olacaq. Desert üçün xama dondurma və duzlu karamel ilə alma terrini təqdim olunacaq.
Hər bir yemək ABŞ-ın müxtəlif yerlərinin şərabları ilə bir süfrəyə qoyulacaq.
Bu ənənəvi nahar ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasiminə həsr olunmuş bayram tədbirinin bir hissəsi olacaq.