Donald Tramp Marsa ABŞ bayrağının sancılması üçün astronavtları planetə göndərəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə inauqurasiya tədbirində danışıb.
Tramp bildirib ki, Birləşmiş Ştatlar öz ərazisini genişləndirməyi və bayrağını yeni üfüqlərə daşımağı planlaşdırır.
Amerikalı iş adamı İlon Mask onun sözlərinə alqış və sevinclə cavab verib.